Rıfat Sait İzmirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü tədbirində çıxışı zamanı belə deyib 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü Türkiyənin İzmir şəhərində qeyd edilib. Əşrəfpaşa Mədəniyyət Mərkəzində keçirilən tədbirdə türkiyəli və azərbaycanlı rəsmilər iştirak edib. Hakim "Ədalət və İnkişaf Partiyası"nın İzmir millət vəkili Rıfat Sait çıxışında bildirib ki, Azərbaycan dedikdə, ağla ilk gələn Xocalıda və Dağlıq Qarabağda törədilən qətliyamlar və hələ də davam edən erməni işğalıdır. Türkiyəli millət vəkili Azərbaycanın tezliklə öz işğal altında olan torpaqlarına qovuşacağına ümid etdiyini deyib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü tədbiri Azərbaycandan olan sənətçilərin konserti ilə başa çatıb.
|