Main » 2012 » December » 23 » Türk nazir ağladı
|
Türkiyənin ailə və sosial siyasət naziri Fatma Şahin övladlığa uşaq götürmək üçün növbə gözləyən ailə danışandan sonra göz yaşlarını saxlaya bilməyib Milliyet-ə istinadən bildirir ki, Şahin İstanbuldakı "Hilton" otelində övladlığa uşaq götürmək üçün növbə gözləyən 200 ailə ilə görüşüb. Görüşdə nazir "mühafiz ailə" sistemindən bəhs edib, dövlətin mühafizəsi altında olan uşaqların övladlığa götürüləndən sonra təlim-tərbiyə şərtlərindən danışıb.
Övladlığa uşaq götürmək üçün 6 ay növbədə gözləyəndən sonra "mühafiz ailə" statusunda olmağa qərar verən Yavuz və Hatice Ataçlar danışıblar. Yavuz Ataç deyib: "21 il çalışdıq, müalicə olunduq, uşağımızın olmasını istədik. Sonra uşaq evlərinə müraciət edərək "mühafiz ailə" olmaq istəyimizi dedik. Uşağı orada görəndə ağladım, kövrəldim. Qucağıma gəldi. Mənə "ata", Haticeyə də "ana" dedi. Uşağı olmayan ailələrə üzümu tutub deyirəm: o uşaqlara sahib çıxın! O uşağın bir sarılmasını, "Ata, ana" deməsini dünyaya dəyişmərəm".
Ataç bunları deyəndə nazir ağlayıb.
|
Category: XƏBƏRLƏR |
Views: 394 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|