Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 28 » Türkiyədəki konsulluğumuzdan Sevinc Babayevanın ölümü ilə bağlı açıqlama
09:46
Türkiyədəki konsulluğumuzdan Sevinc Babayevanın ölümü ilə bağlı açıqlama


Azərbaycan Baş Prokurorluğu sabiq universitet rektoru Elşad Abdullayevin yaydığı videolarda adı çəkilən Sevinc Babayevanın ölməsi barədə onlara da məlumat daxil olduğunu bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini deyib.

Baş Prokurorluq bununla bağlı əlavə dəqiqləşdirmə və araşdırmalardan sonra geniş məlumat yayacağını da bildirib.

İstanbul Prokurorluğundan isə lent.az-a bildirilib ki, hələlik şəhər polisinə və prokurorluğa bu şəhərdəki hər hansı otel və ya xəstəxanadan Sevinc Babayeva adında şəxsin ölməsi barədə məlumat daxil olmayıb: "Hadisə yeni baş veribsə, məlumatın yaxın bir neçə saat ərzində daxil olacağı istisna deyil”. 
 
Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov isə "BBC Azərbaycancan”a bu barədə məlumatı olmadığını deyib: "İstanbulda Azərbaycan vətəndaşının vəfat etməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb".

Onun sözlərinə görə, cənazənin Azərbaycana aparılması üçün mütləq konsulluqda sənədləşirmə işləri aparılmalıdır. "Bunsuz cənazənin ölkədən çıxarılması mümkün olmaz".
 
"Azadlıq” qəzeti isə Bakı şəhər Prokurorluğunun Sevinc Babayevanın oğlu Ayxan Məmmədova anasının cənazəsini gətirmək üçün Türkiyəyə getməyə icazə vermədiyini yazıb.
 
Məlumata görə, Sevinc Babayeva ölkədən qaçandan sonra istintaq onun oğlu Ayxan Məmmədovun ölkədən çıxmasını yasaqlayıb: "Bu gün isə Ayxan Məmmədov prokurorluğa gedərək anasının İstanbulda vəfat etdiyini bildirib və cənazəni gətirmək üçün ölkədən çıxmağa icazə istəyib, amma ona icazə verilməyib. Mənbənin sözlərinə görə, prokurorluqda Sevinc Babayevanın oğlu Ayxan Məmmədovu ölkədən çıxmaq üçün "oyun qura biləcəyindən" ehtiyatlanırlar”.

Category: XƏBƏRLƏR | Views: 365 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Sunday, 24.11.2024, 02:12
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012