Türkiyə-Suriya sərhəddində NATO tərəfindən yerləşdiriləcək "Patriot” raketlərinə etiraz olaraq ölkənin bir sıra yerlərində, o cümlədən "Patriot”ların yerləşdiriləcəyi Kahramanmaraş, Qaziantep və Adanada etiraz aksiyaları keçiriləcək, - "Dunyabulteni”.
Etiraz aksiyaları əsasən Türkiyənin Səadət partiyası tərəfindən təşkil ediləcək. İlk kütləvi etiraz aksiyası 2013-cü il yanvarın 6-da Qaziantepdə keçiriləcək. Bu barədə Səadət partiyasının baş katibinin müavini Birol Aydın məlumat verib. O bildirib ki, xeyli sayda insan bu "Patriot”ların Türkiyənin təhlükəsizliyini sual altına qoyacağından ehtiyatlanır və NATO-nun Türkiyəyə girməsini istəmir.
Partiya rəsmisi bildirib ki, raket əleyhinə müdafiə sistemləri Türkiyəni yeni bir müharibəyə sürükləyir və ölkəni parçalayır.
|