Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Muhiddin Sağlamın həyatını xilas etmək mümkün olmayıb
Türkiyə Kastamonu vilayətində eyni adlı universitetin (KU) rəhbər əməkdaşlarından biri naməlum şəxslərin silahlı hücuma məruz qalıb. Məlumata görə 4 güllə yarası alaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılan Muhiddin Sağlamın həyatını xilas etmək mümkün olmayıb. Məlumatı təsdiq edən Kastamonu valisi Erdoğan Bektaş cinayəti törədərək qaçan şəxs və ya şəxslərin saxlanılması istiqamətində araşdırma başladıldığını deyib.