Main » 2012 » December » 18 » Vyanada əzadarlıq mərasimi təşkil edildi (foto)
10:49 Vyanada əzadarlıq mərasimi təşkil edildi (foto) |
Mərasim ötən bazar günü Vyana Şiə Dərnəyinə aid olan salonunda baş tutub. Alman dilində təşkil edilən proqram Qurani Kərim tilavəti ilə başlayıb. İslam Əhlibeyt Təlimi dərnəyinin məsulu Həsən Günəş günün əhəmiyyəti haqqında çıxış edib. Sonra proqramın Avropada necə əhəmiyyət ifadə etdiyinə toxunulub. Vyananın "Mehdi” məscidinin xətibi Əli Əkbər Məzlumi isə Ərbəin proqramının əhəmiyyətini vurğulayaraq İmam Hüseyn(ə) qiyamının dəyərini bilmək lazım olduğunu söyləyib: "Bu zamanda bizim üzərimizə düşən vəzifə Zamanının İmamını yaxşı tanımaqdır. Zamanın Sahibini tanımalıyıq ki, vilayətin nə demək olduğunu anlayaq. O zaman əməvilər İmam Hüseynin (ə) kim olduğunu bilmək istəmədilər. Quranı oxudular, lakin gerçəkdə Quranın əhəmiyyətini bilmək istəmədilər. Namaz qıldılar, lakin namazın fəlsəfəsi ilə bağlı heç bir məlumat sahibi olmadılar. Beləliklə də İmam Hüseyni (ə) Kərbəlada öldürmək onlar üçün zəfər kimi göründü.” Daha sonra Müntəziri, Seyid Levent Patlak, Məhəmməd Erik Voldman, Seyid Musa Erdoğdu çıxış ediblər. Çıxışlardan sonra Nürnberg Əhlibeyt Teatr Qrupunun tamaşası maraqla qarşılanıb. Həmçinin mərasim iştirakçıları alman və türk dillərində olan kitablardan ibarət sərgiyə də qatılıblar. Qeyd edək ki, mərasimdə şiə, sünni və müxtəlif məzhəblərdən olan təxminən 700 nəfər iştirak edib. Mərasimdə həmçinin media dəstəyi olaraq "ON4” və "Kanal 7” telekanallarının nümayəndələri də iştirak ediblər. Sonda iştirakçılar ehsan süfrəsinə də dəvət olunublar.
|
Category: DİN |
Views: 460 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|