"Wikileaks”in yaradıcısı Culian Assanj ona sığınacaq vermiş Ekvadorun Londondakı səfirliyinin balkonundan tərəfdarları qarşısında çıxış edib.
Azeri-Xeber.ucoz.com-un haberler.com saytına istinadən verdiyi xəbərə görə, Assanj nitqində bildirib ki, 2013-cü ildə bir milyon yeni məxfi sənədləri dərc edəcək.
Assanj ona 6 aydır siyasi sığınacaq vermiş Ekvador səfirliyinə və dəstək olan britaniyalılara təşəkkür edib. Assanj ABŞ hökumətini, Pentaqonu Wikileakslə qarşı əsassız ittihamlardan əl çəkməyə çağırıb.
|