Türkiyəli müğənni Ebru Polat BMT-nin sülhməramlı səfiri Muazzez Ərsoyun yerinə keçmək üçün xarici işlər naziri Əhməd Davudoğluna məktub yazıb.
Azeri-Xeber.ucoz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni nazirliyə yazdığı məktubda "Bu əhəmiyyətli vəzifənin yerinə yetirilməsi üçün daha çox vaxt ayıracaq, səs gətirə biləcək və dinamikaya sahib gənc sənətçiyə ehtiyacımız var" dəyərək Ərsoyun yerinə keçmək niyyətində olduğunu bildirib.
Ebru Polat qeyd edib ki, onun ən böyük idealı insanlara faydalı olmaqdır: "İnsanlara hər hansı bir köməklik göstərmək istəyirəm. Bizdə niyə Ancelina Coli kimi nümənəvi örnək olmasın? Türkiyə Cumhuriyətini yüksək səviyyədə təmsil etmək üçün sülh səfiri vəzifəsini mənə verməyinizi xahiş edirəm". |