Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 22 » Əxlaqsızlıq yuvasının sahibəsi əməllərini təfsilatıyla danışdı - BİR CİNAYƏTİN TARIXÇƏSİ
13:39
Əxlaqsızlıq yuvasının sahibəsi əməllərini təfsilatıyla danışdı - BİR CİNAYƏTİN TARIXÇƏSİ
Zaqatala rayon sakini, 1974-cü il təvəllüdlü Nargiz İmanaliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. 

O, Cinayət Məcəlləsinin 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə ittiham olunub. Onun cinayət işinə Zaqatala rayon məhkəməsində baxılıb.

Publika.Az xəbər verir ki, Nargiz İmanalıyeva özünə məxsus Zaqatala şəhəri Sülh küçəsindəki 1 saylı evin 37 saylı mənzilini gəlir əldə etmək məqsədilə 8 fevral 2012-ci il tarixdə saat 16 radələrində F. M. ilə şəxsiyyəti istintaqa məlum olmayan kişinin cinsi əlaqədə olmalarına şərait yaradıb. O, bu məqsədilə həmin kişidən 10 manat pul alıb, fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvasi təşkil edib. 

"Yaşadığım evi cinsi əlaqədə olmaq üçün oğlan və qızlara pul qarşılığında istifadəyə vermək qərarına gəldim”

Bundan başqa Nargiz İmanalıyeva özünə məxsus evdə F. Ə. ilə N. R.-in cinsi əlaqədə olmaları məqsədilə əxlaqsız yuvası təşkil edib. O, N. R.-dən bunun müqabilində 10 manat pul alıb.

Məhkəmədə ifadə verən Nargiz İmanaliyeva elаn olunmuş ittihаm üzrə özünü təqsirli bilib:

"Zaqatala şəhəri Sülh küçəsi ev 1, mənzil 37 mənə məxsusdur. F. Ə. və F. M.-ni təxminən bir ildir ki, tanıyıram. İlkin Ömərovla birlikdə qeyri-rəsmi ər-arvad kimi yaşayıram. Maddi vəziyyətim ağır olduğundan yaşadığım evi cinsi əlaqədə olmaq üçün oğlan və qızlara pul qarşılığında istifadəyə vermək qərarına gəldim. 

Fevralın 8-də, saat 11 radələrində yaşadığım evdə İlkinlə birlikdə olarkən, F. M. sonradan adını bildiyim bacısı T. M. ilə birlikdə soyuq olduğundan qızınmaq üçün yaşadığım evə gəldilər. Burada F. M. bacısı T. M.-nı bizimlə tanış etdi. 

"Nişanlısı kimi təqdim etdi”

Mən də sonradan onunla əlaqə saxlamaq üçün mobil telofonunun nömrəsini götürdüm. Həmin gün saat 15 radələrində T. M. istifadəmdə olan mobil telefonuma zəng edərək, bizə qonaq gəlmək istədiyini dedi. Onunla razılaşdıqdan sonra T. M. sonradan adını bildiyim Bəhruzla yaşadığım mənzilə gəldilər. T. M. Bəhruzu nişanlısı kimi təqdim etdi. Həmin vaxt İlkinlə çörək yeyib, spirtli içki qəbul etdiyimizdən T. M. və Bəhruz da bizə qoşularaq yeyib, içdilər. 

"Cinsi əlaqədə olduğu üçün F. M.-ə 30 manat, evdən istifadə etdiyinə görə isə 10 manat verdi”

Təxminən 20 dəqiqədən sonra T. M.-nin bacısı F. M. sonradan adını bildiyim Bəhlul və Bəhlulun dostu gəldilər. Bəhlul bizə qoşularaq çörək yesə də, F. M. Bəhlulun dostu ilə cinsi əlaqədə olacağını bildirdi. Yaşadığım evin otağında cinsi əlaqədə olacaqlarına görə, F. M. ilə cinsi əlaqədə olan şəxsdən 10 manat pul istədim. 

F. M. evdə Bəhlulun dostu ilə cinsi əlaqədə oldu. Həmin şəxs cinsi əlaqədə olduğu üçün F. M.-ə 30 manat, evdən istifadə etdiyinə görə isə 10 manat verdi. F. M. həmin 10 manatı mənə verdi. 

Bundan sonra F. M. bacısı T. M.-ə onunla getməyi təklif etdi, T. M. getməkdən imtina etdi, bizdə qalmaq istədiyini dedi. Bundan sonra F. M. Bəhlul və onun dostu ilə getdi. T. M. və Bəhruz evdə qaldılar. 

Həmin gün saat 17 radələrində sonradan tanıdığım Nizami adlı şəxs mobil telefonuma zəng edərək pul qarşılığında cinsi əlaqədə olmaq istədiyini bildirdi. Nizamini evimə dəvət etdim. Nizami yaşadığım evin yaxınlığına çatanda zəng etdi və onu qarşılamağımı istədi.

"30 manat qıza, 10 manat isə otaqdan istifadəyə görə mənə pul verəcəyini bildirdim”

Nizamini və adını sonradan bildiyim Həmzətlə Ceyhunu yaşadığım binanın yaxınlığında qarşıladım və evimə apardım. Təxminən 20 dəqiqədən sonra tanışım M. S. azyaşlı oğlu ilə yaşadığım evə gəldi. 

Nizamiyə 30 manat qıza, 10 manat isə otaqdan istifadəyə görə mənə pul verəcəyini bildirdim. Nizami əvvəl pulun çoxluğuna görə narazı olsa da, sonradan nədənsə, razı oldu. Təxminən 15 dəqiqədən sonra F. Ə. sərxoş halda yaşadığım evə gəldi. F. Ə. həmkəndlisi T. M.-ni gördükdən sonra daha da əsəbiləşdi və onun polisə işlədiyini dedi. Bu zaman F. Ə.-ni sakitləşdirdim və Nizamini göstərərək onunla cinsi əlaqədə olmaq istədiyini dedim. 

"Yaşadığım evdə olan şəxslərin polis şöbəsinə aparıldığını öyrəndim”

F. Ə. və Nizami mənə məxsus evin otağında cinsi əlaqədə oldular. Nizamidən F. Ə. ilə cinsi əlaqədə olduğu üçün 30 manat, evimin otağından istifadə etdiyinə görə isə 10 manat istədim. Nizami xırda olmadığı üçün 50 manat verdi və pulu xırdaladıqdan sonra 10 manatı ona qaytarmağımı istədi. Pulu xırdaladım, 10 manatı Nizamiyə qaytarmaq üçün mağazaya getdim. Qayıdarkən yaşadığım evdə olan şəxslərin polis şöbəsinə aparıldığını öyrəndim. 

"Tutduğum əməlimə görə, peşmanam”

Son illər ərzində öz evimdə kənar şəxslərin cinsi əlaqədə olmalarını təşkil etməmişəm. Fevralın 8-də cəmi 2 dəfə öz evimin otağını qeyd etdiyim şəxslərə cinsi əlaqədə olmaları üçün müvəqqəti vermişəm. Etdiyim əmələ görə, səmimi peşmançılıq hissi keçirdiyimi bildirirəm. Məhkəmədən yüngül cəza verilməsini xahiş edirəm". 

Nargiz İmanalıyevanın cinayət işinə Zaqatala rayon məhkəməsinin hakimi İmamverdi Şükürov baxıb və sonda hökmü elan edib. 

Məhkəmənin hökmü ilə Nargiz İmanalıyeva 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. 
Category: XƏBƏRLƏR | Views: 413 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 15:44
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012