Yardımlıda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsindən (YMH) APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə dekabrın 25-də saat 17.30 radələrində şəhər ərazisində yerləşən Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 330 kv.metr olan texniki-peşə liseyində qeydə alınıb.
Yanğının söndürülməsi üçün hadisə yerinə Yardımlı Rayon YMH-nin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısını vaxtında almaq mümkün olub. Bununla belə, yanğın nəticəsində liseyin bir otağının 20 kv.metr sahədə tavanı yanaraq yararsız hala düşüb. İlkin versiya kimi yanğının odun sobasından çıxan qığılcımdan baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
|