Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 28 » Yeni məhəlləyə 1440 məcburi köçkün ailəsi köçürüləcək - baş nazirin müavini (FOTOLENT)
10:25
Yeni məhəlləyə 1440 məcburi köçkün ailəsi köçürüləcək - baş nazirin müavini (FOTOLENT)

Prezident İlham Əliyevin iştirakı ilə Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilib.

Məlumata görə, baş nazirin müavini Əli Həsənov məlumat verib ki, yeni məhəlləyə 1440 ailə və ya 5 min 756 məcburi köçkün köçürüləcək. Məcburi köçkün ailələrindən 320-si Ağdam, 570-i Cəbrayıl, 290-ı Füzuli, 100-ü Zəngilan, 160-ı isə işğal olunmuş digər rayonlardandır. Məhəllənin ərazisi 22 hektardır. Buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən tikilən məhəllə Dövlət Neft Fondundan ayrılan 127,5 milyon manat hesabına inşa olunub. Məhəllənin tikintisinə 2012-ci ilin fevralında başlanılıb, bu ilin sonunda tam başa çatdırılıb.

Bildirilib ki, 2001-2012-ci illərdə 26 min ailə və ya 130 min nəfərdən çox daimi məskunlaşmamış qaçqın və məcburi köçkün üçün 76 qəsəbə, hündürmərtəbəli binalardan ibarət məhəllə və fərdi evlər tikilib. Bu dövrdə 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, 37 rabitə evi tikilib, minlərlə kilometr uzunluğunda su, elektrik və qaz xətləri çəkilib. Ümumilikdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 1993-2012-ci illərdə 5,4 milyard dollar vəsait xərclənib. Bu ilin ötən dövründə Şəkidə 423, Bərdədə 195, İmişlidə 325, Qaradağ rayonunda 1440, Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə üç qəsəbə və iki yaşayış məhəlləsi salınıb.




     


Category: XƏBƏRLƏR | Views: 383 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 19:05
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012