Astronomlar Tau Kit ulduzunun yaxınlığında 5 yeni planet aşkarlayıblar.
Həmin planetlərdən birində üzvi həyat və atmosferin olduğu, bu səma cisminin "Yerin əkizi" sayıla bilinəcəyi vurğulanır.
Azeri-xeber.ucoz.com-un Space-ə istinadən bildirir ki, Kit ulduz topasındakı Tau ulduzu Günəşə bənzər ulduzdur. Günəş sistemindən 12 min işıq ili uzaqlıqda olan bu səma cisminin kütləsi Günəşin kütləsinin 78,3 faizini təşkil edir.
1960-cı ildə amerikalı astronom
Frenk Dreyk Tau Kit və Epsilon Eridan ulduzlarını "Ozma" layihəsinə daxil etmişdi. Həmin layihə çərçivəsində tədqiqatlar aparan astronomlar həmin vaxtdan bəri o ulduzlardan gələn radiosiqnalları dinləyirlər.
Bir müddət əvvəl alimlər Tau Kit ulduzunda şüa sürətinin dövrü dəyişkənliyini aşkarlayıblar. Bu isə ulduz ətrafında planetlər sisteminin olduğunu göstərir.
Tau Kit ətrafında dövrə vuran planetlərdən birinin tam dövr müddəti 168 gündür və o, Yerdən 4,3 dəfə ağırdır.
Həmin planetdə su və həyat olduğu güman edilir.
Tau Kit ətrafında fırlanan planetin Yerə bənzədiyini Britaniyadakı Hertfordşir Universitetinin alimləri və habelə, tanınmış astronom
Mikko Tuomi də təsdiqləyiblər.