Polis əməkdaşları sürücünün əlindən bıçaqı aldıqdan sonra, onu RPŞ-nə gətiriblər Yevlaxda yol polislərinə bıçaqla hücum edən şəxs saxlanılıb. DİN-in rəsmi saytına istinadən verilən məlumata görə, dekabrın 23-də saat 20.15 radələrində Yevlax rayonu ərazisində, rayon sakini Bəxtiyar Səlimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına sərnişin qismində oturmuş naməlum şəxs bıçaqla ona daxilə nüfuz etməyən xəsarətlər yetirərək düşürüb, avtomaşında gedib.
RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində avtomaşın saxlanılarkən, sürücüsü bıçaqla polis əməkdaşları Müslüm Məmmədovu və Anar Əliyevi hədələmiş və təpiklə onlara xəsarət yetirib.
Polis əməkdaşları sürücünün əlindən bıçaqı aldıqdan sonra, onu RPŞ-nə gətiriblər. Araşdırmalar zamanı onun ray0n sakini sərxoş halda olan Taleh Ağayev olması müəyyən edilib.
|