Tunis sakininin mərci ona baha başa oturub Dünən gənc Tunis sakini mərc gələrək 28 çiy yumurta yedikdən sonra dünyasını dəyişib. "Frans Press" agentliyinə istinadən bildirilir ki, hadisə Tunisin şimal-şərq hissəsindəki Kayruan şəhərində baş verib. 20 yaşlı Dau Fatnassi (Dhaou Fatnassi) öz yoldaşları ilə açıqlanmayan məbləğdən mərc gəlib ki, otuz ədəd çiy yumurta yeyəcək.
Lakin gənc 28-ci yumurtada mədəsində güclü ağrı hiss edib, bundan sonra həkimə müraciət edib. Fatnassi təcili xəstəxanaya aparılıb, amma həkimlər onun həyatını xilas edə bilməyiblər.
|