Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 25 » Zindandan məktub:“Həyacan təbili”
10:47
Zindandan məktub:“Həyacan təbili”
Milli-mənəvi dəyərlərimizin qorunması üçün ölkəmizdə həyacan təbili çalınmalıdır

Milli Məclisin deputatı Elmira Axundova ”Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması” qanununa ediləcək əlavələr haqqında məlumat verərək deyib:
-Əlavələr məktəblərdə yetkinlik yaşına çatmayanlara ”Cinsi tərbiyə ” fənninin tədris edilməsi ilə bağlıdır.
Elmira Axundova kimilərdən belə sözlər eşitmək bizi təəccübləndirmir.Ailə,uşaq sevgisinin nə olduğunu bilməyənlərdən bundan artığını gözləmək olmaz.Ümumiyyətlə Elmira Axundovanın ”yuxarılarsız” belə danışması mümkün deyildir. Hamıya məlumdur ki, deputatların 99 %-i qurulmuş ”zəngli saat” kimidir. Gülər Əhmədovanın mandat alveri buna bir sübutdur.
Qanuna olan bu əlavə BMT, Avropa Şurası, UNİCEF-in Azərbaycan qarşısında qoyduğu tələblə bağlı olduğu düşünülür.Mən həbs olunmamışdan öncə Xeber44.com İnternet qəzetinə BMT və UNİCEF-in Azərbaycan hakimiyyətindən üzərinə götürdüyü öhdəliyə əməl etməsinin vaxtının çatdığını və bunu hökmən yerinə yetirməsi tələbini yazmışdım. (Əvvəldən yazacağım sözdən ötrü üzr istəyirəm). Müraciətdə Azərbaycan hakimiyyətindən orta məktəbdə oxuyan şagirdlərə (oğlan və qızlara) cinsi əlaqə zamanı istifadə edilən qoruyucuların paylanması tələb olunurdu.

Elmira Axundovanın dediyi "Cinsi tərbiyə” fənnində bu rezinlərin paylanmasının qarşısını açmaq üçün atılan ilk addımdır.

Bildiyimiz kimi Rusiya, Almaniya, İngiltərə və sair Avropa ölkələrinin orta məktəblərində bu qoruyucular paylanılır. Azərbaycan hakimiyyəti də Avropa Şurası qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək üçün bu addımı atmaq fikrindədir. Nədənsə Azərbaycan hakimiyyəti Avropa Şurasının qarşısında götürdüyü və xalqın da xeyrinə olacaq digər öhdəlikləri deyil məhz "Cinsi Tərbiyə” fənnindən başlaması diqqət çəkən məqamdır.

Avropaya inteqrasiya etməklə ölkəmizə elm, texniki tərəqqi, yüksək səviyyəli yaşamı gətirmək əvəzinə mənəviyyatsız və əxlaqsızlığı ölkəmizə gətirdik. Sabah homoseksualların bir-biri ilə evlənməsi və ya bəzi üzdəniraq qadınların itlər və digər heyvanlarla nigah bağlanması qanunun qəbulunu ölkəmizdə görsəniz təəccüblənməyin. Axı biz Avropaya inteqrasiya edirik. Bu gün televiziya məkanında yayımlanan kliplər, seriallar, reklamlar və sair verilişlər də bir başa cəmiyyətimizi əxlaqsızlığa sürükləməyə yönəldilib. Mən Azərbaycanın qeyrətli oğul və qızlarının, xüsusəndə dindar və mömin qardaşlarımın bu məsələyə etinasız yanaşmayacaqlarını və buna kəskin etiraz edəcəklərinə inanıram.
Bəli qardaşlar dini, milli-mənəvi dəyərlərimizin qorunması üçün ölkəmizdə "həyacan təbili” çalınmalıdır. Bilirəm indi sizin üzərinizə ikiqat, üçqat məsuliyyət düşür.

İndi sizlər hicabla yanaşı məktəblərdə yaşanacaq pozğunluqlarla da mübarizə aparacaqsınız.
Sizə bu mübarizədə uğurlar arzulayıram. Salam olsun müqavimət övladlarına!

Peyğəmbər (s): "Mənim ümmətim "əmr be məruf” və "nəhy əz munkər”-də səhlənkarlıq edib, bu mühüm vəzifəni yerinə yetirməyi bir-birinin üstünə atsalar, bilsinlər ki, Allahla müharibəyə qalxmışlar.


Araz Quliyev 
1 saylı Bakı istintaq təcridxanası 
24 dekabr 2012-ci il
Category: Mənəviyyat | Views: 507 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 21.11.2024, 18:09
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012