Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun baş katibi, hakim Ədalət və İnkişaf Partiyasının Ərzurum millət vəkili Adnan Yılmaz 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı bəyanat yayıb. AzərTAc-a istinadən verilən xəbərə görə, bəyanatda deyilir ki, o zaman SSRİ-nin rəhbəri olan Mixail Qorbaçovun irəli sürdüyü "aşkarlıq və yenidənqurma” siyasəti uğursusluqla nəticələndikdən sonra müttəfiq respublikalar arasında münaqişələrə rəvac verildi. 1990-cı ildə Şərqi Avropada müstəqillik hərəkatlarının xoş qarşılandığı bir şəraitdə, Azərbaycan xalqının bu istiqamətdəki tələbləri, azadlıq hərəkatı qəddarlıqla qarşılandı.
Azadlıq və istiqlal üçün küçələrə toplaşan insanlar yanvarın 20-də bir dəhşət yaşadılar. Müdhiş bir qış gecəsi sovet ordusunun tankları Bakı küçələrini işğal edərək dinc əhaliyə divan tutmuş, 147 nəfəri qətlə yetirmiş, yüzlərlə insa
...
Ardını oxu »