Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun döyülərək öldürülməsinə etiraz məqsədilə gənclərin yanvarın 12-inə təyin etdiyi aksiyanın təşkilatçıları təqiblərlə üzləşiblər. Musavat.com-un məlumatına görə, bunu aksiyanın təşkilatçılarından biri, tədbirin eventinin müəllifi İlkin Rüstəmzadə Facebook səhifəsində yazıb. O, evinə polislərin gəldiyi barədə məlumatı sosial şəbəkədən elan edib: "Evə polis gedib, bütün qohumlarımın evinə polislər gedib, rayondakı əmimin, bibimin evinə kimi. Gecəni evdə qala bilmiyəcəm. Qalmağa yer lazımdı təcili! Böyük ehtimalla polis məni axtarır. Çox xahiş edirəm əgər məndən xəbər çıxmasa hadisəni ictimailəşdirin!”. Bu statusdan sonra İlkin Rüstəmzadə heç nə yazmayıb. (musavat.com)
Aksiyanın iştirakçılarından daha biri - Saleh Mehdizadənin də axtarıldığı bildirilir.