Türkiyədə 4 nəfərin ölümü ilə nəticələnən ailə faciəsi baş verib
Türkiyə Kocaeli vilayətində ana və 3 övladının ölümü ilə nəticələnən faciə baş verib. "İhlas” agentliyinin (İHA) xəbərinə görə, hadisə ev sakinlərindən 7 yaşlı G.G.nin keçən həftədən məktəbə getməməsi ilə meydana çıxıb. Məlumata görə, sinif yoldaşlarının G.G.nin məktəbə gəlmədiyini bildirməsi ilə qonşular qapını döyüblər. Qapıya cavab verən olmadığı üçün qonşular polisə xəbər veriblər. Çilingər çağıraraq qapını açan polis əməkdaşları gördükləri mənzərə qarşısında şoka düşüblər. Evdə ana A.G., 7 yaşlı G.G., 5 yaşlı G.G. və 1 aylıq A.G.nın meyiti aşkarlanıb. Məlum olub ki, ilk 3 nəfərin boğazı kəsilərək qətlə yetirilib, 1 aylıq körpə isə aclıqdan ölüb.