İranın paytaxtı Tehran şəhərində bu gün səhər saatlarında 2 nəfər əhalinin gözü qarşısında edam edilib.
APA-nın məlumatına görə, silahla insanların qarşısını kəsib soyğunçuluq etməkdə təqsirləndirilən dörd nəfərdən ikisi ölüm, digərləri isə sürgün cəzasına məhkum edilib. Məhkəmənin edam hökmü çıxardığı 2 gənc Tehranın "Sənətçilər” parkında asılıb. Qeyd edək ki, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.
|