Ekspertiz rəyində "ürək çatışmazlıqı” yazılsa da, zorakılıq izləri aşkar görünür
Abşeron rayonundan hərbi xidmətə aparılan Ceyhun Qubatov yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində dünyasını dəyişib. Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunub. Anası Samirə xanım isə "Azadlıq” qəzetinə deyib ki, oğlu hərbi hissədə döyülərək öldürülüb.
Mərhumun yaxınları "Azadlıq”a meyitin morqda lentə alınmış görüntülərini də təqdim ediblər. Video və fotolardan da görünür ki, mərhumun üzərində ciddi xəsarət izləri var.
Xırdalanda yaşamış 1994-cü il təvəllüdlü Ceyhun Qubatov 3 ayın əsgəri imiş. O, ailənin tək övladı olub. Atasını uşaqlıq vaxtlarından itirən Ceyhun anasının himayəsində böyüyüb./Azadlıq.az/