90 yaşlı bir kişinın 15 yaşlı qızla evləndirilməsi insan haqqları təşkilatlarını hərəkətə gətirib.
Azeri-Xeber.ucoz.com Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərabıstanda 15 yaşlı qızla evlənən 90 yaşlı bəy bu evliliyin "qanuni və doğru" olduğunu təkidlə müdafiə edib. 90 yaşlı kişi 15 yaşlı qızın ailəsinə 17 500 dollar "başlıq pulu" verdiyini deyib.
Ancaq toy gecəsi qız qapını bağlayaraq onu içəriyə buraxmayıb. "Ya qızı, ya da pulumu geri qaytarsınlar" deyən bəy ailənin onu aldatdığını və qızın atasını məhkəməyə verəcəyini deyib.
"Uşaq gəlinin" qohumları isə azyaşlı qızın 90 yaşlı kişidən qorxduğunu deyərək ata evinə qaçdığını bildirib.
Səudiyyə Beynəlxalq İnsan Haqqları Birliyi isə balaca qızın bu acınacaqlı vəziyyətdən dərhal xilas edilməli olduğunu açıqlayıb.
|