Türkiyə Yurt qəzeti yazarı Yılmaz Polad maraqlı bir məqamı ortaya çıxarıb. Beləki ABŞ-a səfər edən türk vətəndaşlarına yeni viza növü əlavə olunub. ABŞ İstanbul konsulluğu Fətulla Güləni ziyarət vizası verir. Konsulluq Güləni ziyarət edənlərin pasportlarına "Visiting Fathullah Gulen Pennsylvania" yazılı rəsmi damğa vurur.
ABŞ Dövlət Departamentinin ölkəyə səyahət edənlərin məqsədinə görə, hər ölkə üçün tətbiq ətdiyi standart rəsmi viza növləri var. ABŞ Dünyanın hər yerindən turizm, təhsil, iş, sərmayə, sağlamlıq və müvəqqəti iş kimi müxtəlif səbəblərlə ölkəyə gəlmək istəyənlərə viza verir.
Maraqlıdır, qeyri-adi viza məsələsinin pərdə arxasında nələr var? Güləni ziyarət etmək istəyənlərə daha asanmı viza verilir? ABŞ gömrüklərində işləyənlər Güləni tanıyırmı?
Hələlik bu suallar cavabsız qalır.
|