Pamela Qeller müqəddəs Qurandan bir ayəni səhv və əksik tərcümə edərək bunu afişalarda əks etdirib ABŞ Nyu York şəhərindəki metrolarda İslam dinini təhqir edən afişalar asılıb. "Amerika Müstəqillik Müdafiə Cəhdləri” adlı qrupun liderlərindən olan Pamela Qeller müqəddəs Qurandan bir ayəni səhv və əksik tərcümə edərək bunu afişalarda əks etdirib. Afişada 11 sentyabr hadisələrindən sonar yanmağa başlayan DTM-nin şəkilləri və "…kafirlərin ürəklərinə qorxu salarıq” ayəsinə yer verilib. (Soon shal we cast terror into the hearts of the unbelievers) Burda Ali İmran surəsinin 151-ci ayəsi əksik göstərilməklə yanaşı ərəbcəsi ru`b olan "qorxu” sözü "terror” kimi tərcümə olunub.
Afişanın asılamasına icazə verən Nyu York nəqliyyat departamentinin əməkdaşları isə bu mövqeyi dəstəkləmədiklərini bildiriblər.
Qeyd edək ki, Ali İmran surəsinin 151-ci ayəsi tam olaraq belədir: "Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülm edənlərin sığınacaqları yer nə pisdir!”
Qellerin afişada ayənin sadəcə "Biz kafirlərin ürəklərinə qorxu salacağıq” qismini nümayiş etdirməsi isə təxribat kimi dəyərləndirilib.
Xatırladaq ki, Qeller daha əvvəl də, "Mədəni insanlarla vəhşilər arasındakı müharibədə mədənilərin tərəfində olun və İsrailə dəstək verin” – yazılmış afişaları Nyu Yorkun müxtəlif yerlərində asmışdı. Onun bu hərəkəti xristian və yəhudi icmaları da olmaqla bir çox təşkilat tərəfindən etirazla qarşılanmışdı.
|