Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 17 » ABŞ müdafiə nazirinin baş müşaviri Azərbaycana gəlib
13:36
ABŞ müdafiə nazirinin baş müşaviri Azərbaycana gəlib
     

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də ABŞ müdafiə nazirinin baş müşaviri, xanım Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən K.Hiks Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakının və bu missiyaya verdiyi töhfənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyib.

Xanım K.Hiks bildirib ki, ABŞ ölkələrimiz arasında müdafiə sahəsində əlaqələri daha da genişləndirməkdə və strateji əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdır. O, bu sahədə əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmasının önəmini qeyd edib.


Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə edən dövlət başçısı ölkələrin müdafiə sahəsində əməkdaşlığının uzun tarixə malik olduğunu və razılıq doğurduğunu vurğulayıb. Müdafiə sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafındakı rolunu qeyd edən Prezident İ.Əliyev bu əməkdaşlığın regional və enerji təhlükəsizliyi, eləcə də sabitliyin möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb.

Dövlət başçısı Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.
Category: XƏBƏRLƏR | Views: 478 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 07:03
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012