Ağcəbədi rayonunda ev yanması nəticəsində körpə yanaraq ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verilən xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinə Ağcabədi rayonu, Hacıbədəlli kəndində vətəndaşa məxsus evdə yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunublar. Müəyyən olunub ki, ümumi sahəsi 35 kv.m olan birmərtəbəli 1 otaqlı evin qamış və polietilendən ibarət tavanı yanıb. Evdə nəzarətsiz qalmış 3 azyaşlıdan biri, 2012-ci il təvəllüdlü Rəvan Ruslan oğlu Orucov hadisə yerində ölüb, ikisi isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıblar. Hadisə ilə əlaqadar araşdırma aparılır.
|