Britaniya Səhiyyə və Tibb universitetinin alimlərinin qənaətinə görə, baş ağrısının qarşısını almaq üçün müntəzəm olaraq qəbul olunan ağrıkəsici vasitələr bu ağrının qarşısını almır, əksinə daha da gücləndirir.
Statistikaya görə, baş ağrısından əziyyət çəkənlərin hər gün istifadə etdikləri dərman preparatları ibuprofen, parasetamol və aspirindir. Bu vasitələrdən müntəzəm istifadə etdikdə bədəndə həmin dərmanlara qarşı müqavimət artır və bu da ağrıların artmasına səbəb olur.
Qeyd edək ki, təkcə Böyük Britaniyada 10 milyon insan müntəzəm olaraq baş ağrısından əziyyət çəkir.
|