Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 4 » Ailənizin dağılmasına izin verməyin
14:26
Ailənizin dağılmasına izin verməyin
Hər kəs ailə həyatı qurarkən xoşbəxt olmaq diləyi ilə bu addımı atır.

 Lakin ailə həyatı qurduqdan sonra bir sıra problemlər və narazılıqlar ortaya çıxır. Bəs, ailəmizi hansı yolla xilas edib xoşbəxt ola bilərik? Bu sualların cavabını təqdim etdiyimiz bu yazıda axtarın.

Sağlam, xoşbəxt və təməli möhkəm ailəyə sahib olmaq üçün ilk olaraq siz özünüz buna cəhd etməlisiniz.

Çünki sağlam evlilik sağlam gələcək yetişdirir. Hər zaman yeniliklər kəşf edərək yenidən həyat yoldaşınıza aşiq ola, onunla birgə öncəki kimi xeyli vaxt keçirə bilərsiniz. Bu cür xoşbəxt ailədə böyüyən uşaqların da gələcəkləri çox parlaq və işıqlı ola bilər. Hazırkı dövrdə dünyanın bir çox ölkələrində yeni qurulan ailələrlə yanaşı boşananların sayı da az deyil. Bundan ən çox zərər çəkən isə uşaqlar olur. Yenicə düşdükləri mühitə qısa zaman kəsiyində alışa bilmədiklərindən bu cür hallar uşaqların psixologiyasında zamanla öz mənfi təsirini göstərəcək.

Problemlər yaranmazdan öncə evlilik həyatınıza diqqətli olaraq yarana biləcək çətinliklərin qarşısını alın. Hər halda həyat yoldaşınızın hansısa müsbət keyfiyyətləri var. Siz də bu keyfiyyətlərə görə onu seçmisiniz. Yarana biləcək bütün münaqişələrin qarşısını almağa cəh edin. Bu yolla həyat yoldaşınızın çatışmayan cəhətlərini yox, ən müsbət cəhətlərini özünüz üçün ön plana çəkin. Həyat yodaşınızın səliqəsizliyi kimi kiçik və önəmsiz hadisələrə diqqət yetirməyin.
Həyat yoldaşınıza hər gün heç olmasa iki kompliment deyin. Bu sözlərlə onun qəlbinin açarını ələ keçirə bilərsiniz. Həyat yoldaşınız sizə "səni çox sevirəm. Nə yaxşı ki, sən qarşıma çıxmısan” deyəndə siz çox sevinirsiniz. Unutmayın ki, onun da belə xoş sözlərə ən azı sizin qədər ehtiyacı var.
Category: Araşdırma | Views: 672 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Wednesday, 04.12.2024, 11:37
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012