Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 15 » Artıq orduda da zorakılıq və insaniyyətdən uzaq olan hərəkətlər peyda oldu!
11:24
Artıq orduda da zorakılıq və insaniyyətdən uzaq olan hərəkətlər peyda oldu!
Hərbi hissədə gecə yarı dəhşətli zorakılıq-ŞOK TƏFƏRRÜATLAR













Hərbi qulluqçulardan hədə-qorxu yolu ilə pul tələb etməkdə, seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunan Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin əsgəri Cavanşir Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb. Əvvəlcədən bildirək ki, cinayət işinin ağırlığını və məhkəmə iclasının qapalı keçirildiyini nəzərə alaraq, zərərçəkənlərin ad və soy adlarını tam göstərmirik.

İttihama görə, C. Hüseynov ayrı-ayrı hərbi qulluqçuların şərəf və ləyaqətlərini alçaldaraq onlara qarşı zor tətbiq etməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub. O, təkrarən zor tətbiq etməklə zərərçəkənlərə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib, habelə təkrarən hədə-qorxu ilə və zor tətbiq etməklə özgənin əmlakını ələ keçirib. 

Hərbiçidən əsgər yoldaşına zorakılıq...

C. Hüseynov Müdafiə Nazirliyinin Yevlax rayonunda yerləşən "N” saylı hərbi hissəsinin 1-ci mexanikləşdirilmiş taborunun qərargah bölüyünün snayper manqasında snayperçi vəzifəsində xidmətdə olarkən, 2011-ci il noyabrın 6-da saat 22 radələrində 1-ci taborun əsgər yataqxanasında əsgər yoldaşı R. Ə.-ni yanına çağırıb. O, nizamnamə qaydalarını pozaraq R. Ə.-nin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurub.


Bundan əlavə, C. Hüseynov həmin il noyabrın 23-də gecə saatlarında əsgər yataqxanasında R. Ə.-ni yuxudan oyadaraq, seksual xarakterli hərəkətlər etməyi tələb edib. Lakin R. Ə. C.Hüseynovun istəyindən imtina edib. Bu zaman Cavanşir R. Ə.-ni döyərək, zor gücünə onunla cinsi ehtirasını təmin edib.

Pul verməyən əsgərləri çarpayının dəmiri ilə döydü

C. Hüseynov həmin il dekabrın 15-də, saat 15 radələrində digər əsgər yoldaşı Ş. R.-dan çirkli corablarını yumağı tələb edib. Lakin Ş. R. onun tələbini yerinə yetirməyib. Bu zaman Cavanşir Ş. R.-un bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurub. Daha sonra əsgərin şərəf və ləyaqətini alçaltmaqla onun ünvanına nalayiq söyüşlər işlədib. Cavanşirin bununla hirsi soyumayıb və Ş. R.-nin baş nahiyəsini çarpayının dəmir hissəsinə çırpıb. 

C.Hüseynov dekabrın 19-da, saat 20 radələrində əsgər B. Q.-ə zor tətbiq edəcəyi ilə hədələyib, pul verməsini tələb edib. B. Q. isə ona pul vermək istəməyib. Bununla da Cavanşir əsgəri nalayiq söyüşlərlə təhqir edib. Nəticədə B. Q. Cavanşirin hərəkətləri qarşısında aciz qaldığından özünəməxsus olan 4 manat məbləğində pulu ona verib.

C. Hüseynov dekabrın 2-də, saat 15 radələrində N. K.-un əsgər yataqxanasında televizora baxdığını görüb. O, bundan qısqanclıq hissi keçirərək televizoru söndürdüyündən aralarında mübahisə yaranıb. Cavanşir həmin gün saat 23 radələrində aralarında yaranmış mübahisəni davam etdirmək məqsədi ilə N. K.-u taborun ayaqyolusuna apararaq sonuncunun sinə nahiyəsinə bir dəfə təpik zərbəsi vuraraq, ona qarşı zor tətbiq edib. 

"Televizora baxıram, zabit gələndə xəbər ver”

Dekabrın 20-də əsgər Ş. R.-un üzərində pul olduğunu görən C.Hüseynov hədə-qorxu gələrək, pul verməsini tələb edib. Ş. R. etirazını bildirməklə pul verməkdən imtina edib. Bundan qəzəblənən Cavanşir əsgəri ağır söyüşlərlə təhqir edərək, ondan 5 manat pul alıb. 

O, dekabrın 21-də, saat 16 radələrində əsgər yataqxanasına daxil olub və mobil telefonu cərəyana birləşdirərək televizora baxıb. Bu zaman əsgər B. Q.-dan əsgər yataqxanasının qapısında dayanaraq zabitlərin gələn zaman ona xəbər verməsini tələb edib. Lakin B. Q. onun tələbini yerinə yetirmədiyi üçün Cavanşirlə mübahisə edib. Cavanşir B. Q.-ni nalayiq söyüşlərlə söyüb, daha sonra isə döyüb. 

Cinayətkar əməllərini davam etdirən C. Hüseynov dekabrın 23-də əsgər yoldaşı E. T.-ni xidmətdən ayıraraq ona bir manat pul verib, əsgər dükanından yemək almasını tapşırıb. Bir qədər sonra E. T. dükandan qayıdan zaman Cavanşirin taborda olmadığını görüb, aldığı yeməyi başqa bir əsgər vasitəsi ilə ona göndərib. Bundan bir neçə saat sonra Cavanşir E. T.-ə yaxınlaşaraq aldığı yeməyi nəyə görə başqa əsgər vasitəsi ilə ona göndərdiyini bəhanə edərək, onu təhqir edib. O, daha sonra E. T.-i bölüyün əşya saxlama anbarına apararaq, orada mübahisəni davam etdirib. Cavanşir əşya saxlama anbarında əsgəri vuraraq ona qarşı zor tətbiq edib. 

Əsgər yataqxanasında gecə yarı zorakılıq...

Bundan əlavə, C. Hüseynov dekabrın 25-də, saat 24 radələrində 1-ci taborun əsgər yataqxanasında olarkən yatan əsgər B. Q.-ə yaxınlaşıb. O, yatılı vəziyyətdə olan əsgərin sifət nahiyəsinə təhqiredici, eyni zamanda ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. 

C. Hüseynov dekabrın 27-də, saat 16 radələrində heç bir səbəb olmadan əsgər E. H.-in yaxasından tutaraq sinə nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq, ona qarşı zor tətbiq göstərib, O, dekabrın 28-də, gecə saat 01radələrində 1-ci taborun əsgər yataqxanasında olarkən yatan əsgər Ş. R.-a yaxınlaşaraq onu yuxudan oyadaraq ona qarşı cinsi zorakılıq göstərməyə cəhd edib. Lakin Ş. R. müqavimət göstərərək ondan uzaqlaşmaq istəyib. Bu zaman o, Ş. R.-un boyun nahiyəsindən tutaraq, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

C.Hüseynov həmin gün saat 19 radələrində 1-ci taborun əsgər yataqxanasında, taborun qərargah bölüyünün sanitar əsgəri R. R.-un sinə nahiyəsinə iki dəfə yumruq zərbəsi vurub. Bu hadisənin ertəsi günü, saat 12 radələrində taborun əsgər yataqxanasına daxil olan Cavanşir orada televizora baxan əsgər E. T.-i döyüb. 

Bundan başqa, Cavanşir 2012-ci il yanvarın 5-də, saat 01radələrində əvvəllər aralarında yaranmış mübahisəni davam etdirmək məqsədi ilə 1-ci taborun əsgər yataqxanasında yatan əsgər R. R.-u yuxudan oyadıb və ona "döyüşə” komandasını verib. Daha sonra R. R.-nin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq ona qarşı zor tətbiq edib. Sonra R. R.-a "kefim durub, gəl yanıma” deyərək yanına çağırıb. R. R. onun tələbini yerinə yetirməsə də, zor gücünə cinsi əlaqədə olub.

C. Hüseynov yanvarın 7-də, saat 22 radələrində 1-ci taborun əsgər yataqxanasında olarkən yatan əsgər B. Q.-in xoruldadığını görüb və sifət nahiyəsinə diş pastası və odekalon tökərək ünvanına nalayiq söyüşlər işlədib. O, daha sonra əlindəki alışqanla B. Q.- in sol ayağının alt hissəsini yandırıb. 

Cavanşir yanvarın 10-da Ə. Ə.-a yerini islatmasını irad tutaraq ünvanına nalayiq söyüşlər işlədib, şərəf və ləyaqətini alçaldıb. O, daha sonra Ə. Ə.-ni təpiklə vuraraq betonun üzərinə yıxaraq döyüb. Bundan əlavə, o, yanvarın 13-də, saat 01radələrində R. R.-dan kürəyini masaj etməsini tələb edib. Onun yaxşı masaj etmədiyini bəhanə gətirərək sonuncunun ünvanına nalayiq söyüşlər işlədib, onu təhqir edib. 

Bundan əlavə, istintaq sənədlərində qeyd olunur ki, 2011-ci ilin son günləri və 2012-ci ilin yanvar ayı ərzində C. Hüseynov əsgər yataqxanasında 10-dan çox hərbi qulluqçu ilə ayrı-ayrılıqda mübahisə edib. Mübahisə zəminində o, əsgərləri söyüb, döyüb, onların şərəf və ləyaqətini alçaldıb.

Bu cinayətləri törədən C.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 150.2.5-ci (seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 182.2.2, 182.2.3-cü (hədə-qorxu ilə təkrar, zor tətbiq etmə ilə tələb etmə) və 332.2.1-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə ittiham edilib və cinayət işinin materialları baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib. 

"Bu mənə atılmış şər, böhtandır”

Məhkəmədə dindirilən C. Hüseynov özünü bir çox maddələr üzrə təqsirli bilməyib. O, yalnız CM-nin 332.2.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərib ki, müddətli həqiqi hərbi xidmətdə olarkən müxtəlif vaxtlarda əsgər B. Q., Ş. R., Ə. Ə., E. H, R. R., E. T. və R. Ə.-ə qarşı zor tətbiq edib. 

O, seksual xarakterli hərəkətləri və pul tələb etmə ittihamlarının şər və böhtan olduğunu qeyd edib. O, həmçinin ifadəsində döymə faktları ilə bağlı törətdiyi əməllərdən peşimançılıq hissi keçirdiyini, zərərçəkənlərin onunla barışmasını nəzərə alaraq, məhkəmədən bağışlanmasını xahiş edib. 

Məhkəmə iclaslarında iştirak edən zərərçəkənlər C. Hüseynovun törətdiyi cinayətləri etiraf ediblər. Cinayət işində adları hallanan B. Q, Ş. R, R. Ə və R. R C.Hüseynov tərəfindən cinsi zorakılığa məruz qaldıqlarını bildiriblər. 
Məhkəmənin hökmü ilə Cavanşir Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Category: XƏBƏRLƏR | Views: 486 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 03:12
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012