ABŞ-ın Detroyt şəhər qəbristanlığındakı məzarlardan birindən çıxarılıb oğurlanmış tabut və cəsəd tapılıb.
93 yaşlı kişinin tabut və nəşi onun oğlunun evində, zirzəmidəki soyuducu kamerada idi.
Azeri-Xeber Xəbər Portalının Click on Detroit-a istinadən bildirir ki, Gethsemane Cemetery qəbristanlığından tabut və nəşi oğurlayan şəxs həbs olunub.
O, Braytın oğlu idi. 92 yaşlı kişinin oğlu polisdə verdiyi ifadəsində bildirib ki, atasını məzardan çıxararaq evinin zirzəmisindəki soyuducuya qoyandan sonra onu diriltmək istəyib.
"Atamın tabutunu gündə bir neçə dəfə soyuducudan çıxarır, dualar oxuyurdum. İstəyirdim ki, atam həyata qayıtsın, yenidən yaşasın", - oğul deyib.
Klarens Braytın oğlu ilə yanaşı, ona tabutu çıxarmaqda yardım etmiş 38 yaşlı kişi də həbs olunub.
|