Dünyada təbiətinə görə insanları heyrətləndirən çox gözəl yerlər var. Cümə günündən başlayaraq bu yerlər arasından ən möcüzəli olanlarını seçmək üçün "online” səsvermə keçirilir. Dünyanın hər yerindən milyonlarla səs verilir. Səs vermə cümə günü bitəcək və 28 finalçı arasından 7 ən məşhur ərazi seçiləcək. Ərazilər arasında Amazon, Böyük Kanyon, Cənubi Koreyada Jeju adası o cümlədən Azərbaycanda palçıq vulkanları ərazisi də var.
New7Wonders saytında keçirilən səsvermə 2007-ci ilin dekabrında başlayıb. 77 sayt 2009-cu ilin İyulunda qısa siyahını açıqlayıb. İndi 28 ərazi arasından 7 ən məşhuru seçilməlidir. Beləcə 28 finalçılar bunlardır:
Amazon: Cənubi Amerika
Angel Falls: Venesuela
Bay of Fundy: Kanada
Qara meşələr: Almaniya
Bu Tinah adası: Birləşmiş Ərəb Əmirliyi
Moher qayaları: İrlandiya
Ölü dəniz: İsrail, Jordan, Fələstin
El Yunque: Puerto Riko
Qalapaqos: Ekvador
Böyük Kanyon: ABŞ
Great Barrier Qayalığı: Avstralia, PNG
Halong Bay: Vyetnam
Iguazu Falls: Argentina, Brazil
Jeita Grotto: Libiya
Jeju adası: Cənubi Koreya
Kilimancaro: Tanzaniya
Komodo: Indonesiya
Maldiv adaları: Maldiv
Masurian Gölləri ərazisi: Polşa
Matterhorn/Cervino: Italiya, İsveçrə
Milford Sound: Yeni Zellandiya
Palçıq Vulkanları: Azərbaycan
PP yeraltı çayları: Filippin
Sundarbans: Banqladeş Hindistan
Table dağı: Cənubi Afrika
Uluru (Ayers Rock): Avstraliya
Vezuvi: İtaliya
Yushan: Çin Taypey
Bu müsabiqə dünyanın yeni yeddi möcüzəsini müəyyən etməkdən ibarətdir. Qlobal internet səsverməsinin sloqanı isə budur: əgər nəyisə xilas etmək istəyiriksə gərək əvvəlcə onu qiymətləndirək.
Xatırladaq ki, Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yer tutur. Yer kürəsində 800 palçıq vulkanı mövcuddur. Onlarda 400-ü Cənubi Qafqazda yerləşir. Bunların 300-ü Azərbaycan ərazisində dəniz sahilində, dənizdə və adalar üzərindədir. Palçıq vulkanları əsasən iki növdə fəaliyyət göstərən və sönmüş olurlar. Təbiətdə hündür və alçaq, qrifli və basdırılmış, sualtı və yeraltıvulkanlar mövcuddur. Bunların hər biri özünəməxsus xassələrə və kimyəvi tərkibə malikdir. Azərbaycanın digər gözəl təbiət obyektləri kimi bu vulkanların 23-ü təbiət abidəsi statusunu alaraq dövlət tərəfindən qorunmaqdadır. Turistlər tərəfindən ən çox tamaşa edilən aktiv vulkanlar qrupu Bakı-Ələt avtomobil yolunda Qobustan qəsəbəsindən 10 km cənubda və Daşgil ərazisində yerləşirlər.
Səs verməni www.new7wonders.com saytından izləyə bilərsiniz.