Xebername.org İnternet qəzeti xəbər verir ki, "20 Yanvar - Ümummilli Matəm günü" ilə əlaqədar Azərbaycanın nüfuzlu ruhaniləri Hacı Tale Bağırov , Hacı Zülfüqar Mikayılzadə , Emil Rahiloğlu , İlahiyyatçı Süleyman Ələkbərov və inanclılar izdihamlı şəkildə "Şəhidlər Xiyabanı"nı ziyarət ediblər. 2000-dən artıq olan yürüş iştirakçıları hissə-hissə buraxılaraq şəhidlərimizi yad edib, onların ruhlarına dua ediblər.
Polislər izdihamın müqabilində yürüş iştirakçılarını bir neçə hissəyə bölərək "Şəhidlər Xiyabanı"nı ziyarət etməyə icazə veriblər.
Yürüşə saat 15:00-da keçmiş Əzizbəyov heykəlindən start verilib. .
Müxbirimizin hazırladığı fotoreportajı sizlərə təqdim edirik: