Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi təyyarələr təmas xəttində hərbi uçuşlara başlayıblar.
Məlumata görə, 2 həftədən çoxdur ki, hərbi təyyarələr Bərdə rayonu ərazisində, təmas xəttində uçuşlar həyata keçirirlər. Bu uçuşlar hərbi təlimlərə oxşamır. Bu vaxtadək belə bir hadisənin baş vermədiyini deyən mənbə qeyd edir ki, bu, müharibəyə hazırlıq deməkdir.