2013-cü ildə maaşların və pensiyaların artırılması nəzərdə tutulur. Bu da mütəmadi qaydada həyata keçirilən məsələdir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanda orta maaş və orta pensiyanın səviyyəsi MDB məkanı ölkələri ilə müqayisədə yüksək səviyyədədir: "Orta əməkhaqqı 500 dollardan çoxdur. Orta pensiya 200 dollara yaxındır. Əvəzləşmə əmsalı da inkişaf etmiş ölkələrin səviyyəsindədir. Pensiya maaşın 40 faizini təşkil edir. Ancaq əlbəttə ki, bu bizi qane etmir. Son illər əmək haqları və pensiyaların bir neçə dəfə artmasına baxmayaraq, biz çalışmalıyıq ki, daha da böyük artıma nail olaq”.
Prezident bildirib ki, biznes mühitinin yaxşılaşdırılması, yeni müəssisələrin işə salınması və sənayeləşmə ilə bağlı planlar həyata keçirildikdə, insanların, yəni özəl sektorda fəaliyyət göstərənlərin yaşayış səviyyəsi daha yaxşılaşdırılacaq: "Dövlət sektorunda işləyənlərin isə maaşları qaldırılmalıdır və qaldırılacaq. Cari ilin büdcəsində bu, nəzərdə tutulub”.