Azərbaycanın Astara rayonunda 9 yaşlı qız bədbəxt hadisənin qurbanı olub.
Bu barədə Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən məlumat verilib. Məlumata görə, rayonun Maşxan kənd sakini, 2004-cü il təvəllüdlü Şəlalə Emin qızı Quliyeva yanvarın 6-da saat 15.00 radələrində həyətdə yelləncəkdə oynayarkən yelləncəyin ipi qəfildən boğazına dolaşaraq onu boğub. 9 yaşlı qız boğularaq ölüb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. |