Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 11 » Azərbaycanda fəaliyyətinə qadağa qoyulmuş 5 alim - SİYAHI
13:17
Azərbaycanda fəaliyyətinə qadağa qoyulmuş 5 alim - SİYAHI


"Alim öldü – aləm öldü” məsəli çox böyük məntiqi və sosial yükə malikdir. Belə ki, cəmiyyətin təfəkkür tərzini nizamlayan, elmi və intellektual dəyərlər sistemini formalaşdıran alimə hörmət elə cəmiyyətin özünə münasibətin göstəricisidir. Azərbaycanda vaxtilə müəyyən səbəblərdən vəzifəsindən uzaqlaşdırılan və təqiblərə məruz qalan alimlər də olub. Modern.az saytı onların onların ilk beşliyi ilə sizi tanış edir:

1. Heydər Hüseynov

XX əsr Azərbaycan fəlsəfə elmini ilk dəfə sistemə salan və onun təsnifatını verən alim. Məhsuldar fəaliyyətinə görə iki dəfə Stalin mükafatına layiq görülüb və bir sıra məsul vəzifələrdə çalışmış H.Hüseynovun şah əsəri olan "XIX əsr Azərbaycan ictimai və fəlsəfə tarixindən” əsərinə görə təqiblərə məruz qalıb və ona verilmiş Stalin mükafatı alimdən geri alınıb. Həmçinin fəaliyyəti ölkə üçün "təhlükə” hesab olunub. Bütün bu təzyiqlərə dözməyən H.Hüseynov özünü asaraq intihar edib.

2. Asif Əfəndiyev (Asif Ata)

Azərbaycan fəlsəfəsində və ictimai-sosial elmində orijinal və parlaq uğurlara imza atmış və fəaliyyəti, təfəkkür tərzi ilə bütün həmkarlarından fərqlənib. O, çalışdığı Bakı Dövlət Universitetinin nəzdində "Etik və estetik mənəvi tərbiyə klubu” yaradıb, lakin bəzi ideyalarına görə fəaliyyətinə qadağa qoyulub. Alimin özü uzun müddət DTK tərəfindən izlənilib, mənəvi təzyiqlərə məruz qalıb. Sovet dövlətinin verdiyi bütün elmi dərəcə və adlardan imtina edən Asif Ata diplomunu öz həmkarları qarşısında cırıb.

3. Əbülfəz Elçibəy (Əbülfəz Əliyev)

Azərbaycanın eks-prezidenti olmuş Əbülfəz Elçibəy həmçinin alim kimi də hamıdan fərqli və orijinal bir elm xadimi olub. BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Elçibəy uzun müddət tərcüməçi işləyib. Sonradan isə elmi işçi kimi Azərbaycan Əlyazmaları İnstitutunda çalışıb. Tarix elmləri namizədi olan alim sonradan məlum səbəblərə görə vəzifəsindən uzaqlaşdırılıb. Prezident postundan istefa verəndən sonra alim kimi fəaliyyətini davam etdirməyib.

4. Kamil Vəliyev (Kamil Vəli Nərimanoğlu)

30-dan artıq kitabın müəllifi, bir çox beynəlxalq mükafatların təsisçisi olmuş alim hazırda Azərbaycanda fəaliyyətini davam etdirmir. 1993-cü ildə baş nazirin birinci müavini olmuş Kamil Vəliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında misilsiz xidmətlər göstərib. 90-cı illərdə Türkiyənin nüfuzlu universitetlərində dərs deyən tək-tük azərbaycanlı alimlərindən idi. Lakin sonradan siyasi mövqeyinə görə birmənalı qarşılanmayan alim vətəni tərk etdi. Hazırda Türkiyənin Yeditəpə Universitetində fəaliyyətini davam etdirir.

5. Rafiq Əliyev

Hazırda Azərbaycanı dünyada layiqli təmsil edən ən böyük alimlərdən biri. Bəlkə də birincisi. Corciya Dövlət Universiteti, Atlanta, ABŞ BBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, "Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti olan alim ali riyaziyyat və avtomatika sahəsində dünyaya səs salan 4 böyük kəşfin müəllifidir. Lütfi Zadənin ən yaxın dostu olan alim ADNA-da "Avtomatlaşdırılmış İdarəetmə sistemləri” kafedrasının müdiri idi. Lakin Ziyalılar Forumundakı fəaliyyətinə görə vəzifəsindən uzaqlaşdırıldı. 

Category: XƏBƏRLƏR | Views: 555 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 21.11.2024, 18:24
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012