Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 10 » Azərbaycanda güclü zəlzələ baş verə bilər
12:49
Azərbaycanda güclü zəlzələ baş verə bilər

Qurban Yetirmişli: "Keçən il ən aktiv zona şimali-qərb zonası oldu”

Geoloq Vaqif Behbudoğlu: "Zəlzələni proqnozlaşdırmaq üçün yeni metodikaya böyük ehtiyac var”

Ötən il Azərbaycanın bəzi bölgələrində may ayından başlayaraq seysmik cəhətdən aktivlik müşahidə olundu. Mayın 7-də səhər saat 9.40 radələrində Zaqatala rayonunda zəlzələ baş verdi. 

Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, Zaqatala və Qaxda 12 ballıq şkala üzrə 7-bal, Şəki, Oğuz , Qazax, Tovuz və digər rayonlarda 2-5 bal arasında yeraltı təkanlar hiss olunub. Seysmoaktivlik Balakəndə də hiss edildi və bəzi köhnə tikintilərə zərər dəydi. 

Ümumiyyətlə, ölkənin  şimal-qərb bölgəsində ilboyu bir neçə dəfə güclü zəlzələ həyəcanı yaşandı. İyunun 26-da Şəki şəhərindən 10 km qərbdə 1 4,5 bal gücündə zəlzələ qeydə alındı. Oktyabrın 14-də isə Zaqatala rayonundan 30 km qərbdə, Balakən rayonu ilə Gürcüstan Respublikası ərazisində 7 bal gücündə zəlzələ qeydə alındı. Zaqatala və Balakən rayonlarında zəlzələ 6 bal, Mingəçevir, Şəki, Şamaxı, Qax, Yevlax, Qəbələ rayonlarında 5-3 bala qədər hiss olundu. İnsan tələfatı olmasa da, ötən il xeyli dağıntı baş verdi. 
Mütəxəssislərin bildirdiyinə görə, Yer kürəsinin qabığında 8 platforma var ki, 8-ci platformada yeni dağəmələgəlmə prosesi  müşahidə olunur, digər platformalarda isə bu proses baş vermir. Azərbaycanın da yerləşdiyi 8-ci platforma aktiv seysmik zona adlanır. 

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin "Gündəlik Teleqraf”a bildirdiyinə görə, zəlzələnin hansı bölgədə aktiv olması prosesdə özünü göstərir: "Olan faktiki materiallar əsasında biz analiz edib deyə bilərik ki, misal üçün, bu müddətdə regionun Qərb hissəsindəmi, cənubdamı aktivləşmə başlayıb. Amma bir il öncədən demək mümkün deyil ki, hara seysmoaktivdir, hara passiv. Bu iş prosesində müəyyən olunur. Heç olmasa bunu üç ay müddətində müəyyən etmək mümkündür. Ay müddətində keçən illə bu ilin eyni vaxtını müqayisəli şəkildə analiz edəndə demək olur ki, nə baş verir. Amma il yeni başlayıb. Qısa müddətə proqnoz demək tezdir. 

Keçən ilin son həftəsində isə ən aktiv zona Şamaxı olub. Quba istiqamətində  Xınalığın aşağı, Altıağacın yuxarı hissəsi, Xızı rayonundan şimali-qərbə doğru, İsmayıllı və Pirquluda zəif təkanlar qeydə alınıb. Balakən və Zaqatalanın da cənub zonasında bir neçə zəif təkanlar olmuşdu. Keçən il ən aktiv zona şimali-qərb zonası oldu. Zaqatala və Balakəndə 7, Şəkidə 5 bal gücündə zəlzələ oldu, eləcə də, onun avtoşokları baş verdi. Şamaxı, İsmayıllıda Rixter cədvəli ilə maqnitudası 5,3 olan təkanlar qeydə alındı. 

Ümumiyyətlə, Şamaxıda daim güclü zəlzələ gözlənilə bilər. Talış zonasında aktivlik var idi. Ümumiyyətlə, Azərbaycan özü aktiv-seysmogen bölgə olduğuna görə həmişə də bu və ya digər zonaları müqayisə etdikdə aktivlik müşahidə olunur”.

Q.Yetirmişli onu da bildirdi ki, Azərbaycanda baş verən zəlzələlər daha çox tektonik tiplidir. 

Mühəndis-geoloq Vaqif  Behbudoğlu isə qəzetimizə dedi ki, Azərbaycanda may ayınadək güclü təkanlar gözlənilmir. Geoloqun bildirdiyinə görə, zəlzələlər ekvatordan 50 dərəcə şimal, 50 dərəcə cənubda baş verir: "Yer kürəsində 1 dərəcəlik bucaq qarşısında duran məsafə 111,26 kilometrdir. Yer kürəsində hər zaman təkanlar baş verir ki, bu da təbii prosesdir. Azərbaycanda da hər gün xırda təkanlar olur”.

Mütəxəssis zəlzələlərin 3 formasından söz açdı - vulkanik, tektonik və kars zəlzələləri: "Vulkanik zəlzələlər püskürən maqmadır ki, vulkan ətrafında baş verir. Azərbaycan ərazisində mezozoyun ilkin dövründə 7 vulkan püskürməsi olub. Nə qədər mineral sular çıxan ərazi var, onlar vulkanik püskürmələrin məhsuludur.

Tektonik zəlzələlər Yer qabığının maqma ilə sürtünən hissəsində əmələ gələn çatlarda baş verir. Tektonik çatlarda gedən proseslər də tektonik zəlzələlərə şərait yaradır. 

Kars zəlzələlərinin mənşəyi intuiziv (öz-özünə əmələ gələn) dağların yaranması prosesində ortaya çıxır. İntuiziv dağların təpə və yan yamaclarında qırılmaların alt hissəsində əmələ gələn boşluqlarda və Yer qabığında suyla tez həll olan müxtəlif mineralların Yerin mərkəzinə doğru çökməsi zamanı yaranan boşluqlarda (mağaralar) süxurların qopub mağaranın döşəməsinə düşməsi nəticəsində meydana çıxmış dinamik zərbə kars zəlzələlərini törədir”.

Vaqif  Behbudoğlu dedi ki, hazırda Yer kürəsində daha çox kars zəlzələləri baş verir və bu zəlzələlər adətən dayaz fokuslu olur. Ən təhlükəli zəlzələ dərin fokuslu zəlzələlərdir: "Məsələn, Sakit okean həndəvərində, Yaponiya, İndoneziya, Amerika materikinin Sakit okean hissəsində dərin fokuslu zəlzələlər baş verir. Ümumiyyətlə, yüksək ballı zəlzələ baş verən ərazilər bir xətt üzrə yerləşir. O zona 2500 kilometr enlikdədir.  İndoneziyanın şərq hissəsindən başlayaraq, Yaponiya, Rusiyanın İrkutsk vilayəti, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Yunanıstan, Cənubi Koreya dağları, Fransanın cənubu, İspaniyada Kanar adalarınadək gedib çıxır. Bu ərazilərdəki tektonik çatlar zəlzələni yaradan səbəblərdən biridir”.

Mütəxəssis zəlzələyə təsir göstərən amilləri belə izah etdi: "Yer qabığı ilə maqmanın sürtünməsi nəticəsində zərbələr əmələ gəlir və çatlar yaranır. Planetlərin, Günəşin, xüsusilə Ayın cazibə qüvvəsi nəticəsində Yer qabığında, okean və dənizlərdə qabarma, çəkilmələr baş verir ki, bu da zəlzələnin yaranmasına şərait yaradır. Hind, Sakit okean və Afrika platformaları Avrasiya platformasını şimal maqnit qütbünə doğru il ərzində 9,8 santimetr sürətlə sıxışdırır. Platformaların bir-birini sıxması da zəlzələni yaradan əsas səbəblərdən biridir”.

V.Behbudoğlu dedi ki, antropogen amillər zəlzələ ehtimalına nisbi təsir edir: "Yer səthində gedən ağırlıq qüvvələrinin yerlərinin dəyişməsi, məsələn, su anbarlarının tikilməsi, neftin, dəmir, filiz yataqlarının çıxarılması, ümumiyyətlə, yataqların istismarı, yeraltı tunellərin qazılması, nüvə sınaqlarının keçirilməsi, yağıntının normadan artıq düşməsi də zəlzələyə nisbi təsir edən amillərdəndir”.

V.Behbudoğlunun fikrincə, zəlzələnin dəqiq vaxtını yaxın 30-40 ilə proqnozlaşdırmaq mümkün deyil. Onun dediyinə görə, zəlzələnin baş vermə vaxtını müəyyən etmək üçün yeni metodikaya böyük ehtiyac var: "Seysmik səsyazan cihazları - seysmoqrafları istismar müddəti başa çatmış neft quyularına yerləşdirməklə yerdə baş verən zəlzələnin səsini izləmək mümkün deyil. Çünki Yerin maqması ilə Yer qabığı arasında sürtünmənin və süxurlarda, əsasən bazalt qatlarının qırılmalarının da səsi var. Bu səsləri isə ayırd edəcək cihaz isə hələlik kəşf olunmayıb. Bu baxımdan aparılan metodika düzgün istiqamətdə deyil. 

Amma zəlzələ kataloquna əsasən seysmoaktiv əraziləri müəyyənləşdirmək mümkündür. Dağəmələgəlmə prosesi gedən zonalarda istənilən vaxt güclü zəlzələlər baş verə bilər. Bu baxımdan dağlıq ərazilərdə də həmişə təkanlar olur. Azərbaycanda 7-dən artıq bölgə var ki, yatmış vulkanlar 80 milyon il əvvəl fəaliyyətlərini dayandırıb. O nöqtələrdə 9 ballıq zəlzələ gözləmək mümkündür. 9 ballıq zəlzələ kataloqunda Azərbaycanda Gəncə ətrafı -Xanlar, Daşkəsən, Goranboy və Şamaxı, İsmayıllı,  Zəngəzur, Naxçıvan, Qarabağın Laçın və Kəlbəcər ərazisi,  eləcə də, Maştağada 9 ballıq zəlzələ ocağı var.  Şamaxı bölgəsində 50 ildən bir, 55 ildən bir güclü təkanlar qeydə alınıb. Yəni 7 baldan yuxarı, bu zonada zəlzələ baş verə bilər”.
Category: XƏBƏRLƏR | Views: 472 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 01:58
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012