57 yaşlı Fətulla İsmayılovun niyə bu addımı atdığı məlum deyil
Salyan rayonunda məktəb direktoru intihar edib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb. 1956-cı il təvəllüdlü Fətulla İsmayılov yaşadığı evin həyətində üzüm talvarından özünü asaraq intihar edib.