Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 6 » Azərbaycanda niyə tez-tez bələdiyyə məmurları həbs olunur?
11:47
Azərbaycanda niyə tez-tez bələdiyyə məmurları həbs olunur?

Ekspert Samir Əliyev: "Avropa Şurasına üzv ölkələr arasında ən nüfuzsuz bələdiyyə sistemi ölkəmizdədir”

"Daha bir bələdiyyə məmuruna cinayət işi açıldı”. Mətbuatda tez-tez bu cür məlumatlara rast gəlirik. Dekabrın əvvəlində ədliyyə naziri Fikrət Məmmədov bu il ərzində inzibati nəzarət qaydasında baxılmış bələdiyyə aktlarının sayının 20 faiz artaraq 40 minə çatdığını dedi. Nazir fəaliyyəti araşdırılmış 38 bələdiyyənin 26-da cinayət xarakterli hüquq pozuntularının, o cümlədən maliyyə əyintilərinin aşkar edildiyini, materialların prokurorluğa göndərdiyini vurğuladı.

Bələdiyyələrin adı cinayət hadisələrində niyə bu qədər hallanır?

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının eksperti Samir Əliyevin "Gündəlik Teleqraf”a bildirdiyinə görə, bələdiyyələrin Azərbaycanda səlahiyyəti çox məhdudlaşdığı üçün fəaliyyətsiz, nüfuzsuz bir quruma çevrilib. Odur ki, bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac var: "Bu il iyunun 6-da "Yerli icra hakimiyyətlərinə dair əsasnamə” qəbul edildi. Biz gözləyirdik ki, bu əsasnamədə bələdiyyələrə səlahiyyətlər veriləcək. Ən azından kənd yerlərində icra nümayəndəlikləri ləğv ediləcək və onların səlahiyyətləri bələdiyyələrə həvalə olunacaq, çünki onların heç bir funksiyası yoxdur. 

Amma yeni əsasnamə göstərdi ki, bir çox məsələlərdə icra hakimiyyətlərinin funksiyası daha da gücləndirilib. Bələdiyyə bütün dünyada yerli özünüidarə qurumudur, yerli hökumətdir. Bu, o deməkdir ki, yerdəki bütün sosial-iqtisadi problemlər bələdiyyə qurumları tərəfindən həyata keçirilməlidir. Bizdə isə bələdiyyə qeyri-hökumət təşkilatı, ya kommersiya təşkilatı kimi fəaliyyət göstərir, eyni zamanda nüfuzu olmayan bir quruma çevrilib, mövcud qanunvericilik ona geniş səlahiyyətlər vermir. 

Qanunvericiliklə verilən 20-dən çox səlahiyyət, həm bələdiyyəyə, həm də müvafiq dövlət qurumlarına aiddir. Nəticədə bu funksiyanı dövlət qurumu həyata keçirir, bələdiyyə də kənarda qalır. Bələdiyyənin fəaliyyətinə heç bir icra hakimiyyəti müdaxilə etməməlidir, bizdə isə icra hakimiyyətləri qeyri-qanunu şəkildə hətta bələdiyyələrin bank hesabına nəzarət edir. Bələdiyyə bankdan pul çıxarmaq üçün mütləq icra hakimiyyətinə müraciət etməlidir”. 

Ekspertin fikrincə, Azərbaycanda bələdiyyələr "günah keçisi” rolunu oynayır. Onun bildirdiyinə görə, Abşeron regionunda olan bələdiyyələrin adı daha çox cinayət işində hallanır, çünki sosial-iqtisadi vəziyyət səbəbindən kənd əhalisinin güclü şəkildə Bakıya miqrasiyası var və bu üzdən Abşeron regionundakı torpaqlar satılır: "Satılan torpaqlar isə böyük həcmli pullardır. Bu torpağı bələdiyyə özbaşına sata bilməz. Bu proses 3-4 qurumun - başda icra hakimiyyəti olmaqla, Torpaq Komitəsi, Dövlət Reysteri Xidməti, Ədliyyə Nazirliyində Bələdiyyələrlə İş Mərkəzinin nəzarətində olur. 

Belə olan halda "bələdiyyələr qanunsuz torpaq satıb insanlardan pul alır” ittihamının əsası yoxdur. Bələdiyyələr bu məsuliyyəti həmin qurumlarla bölüşürlər. Bütün problemlər gücü, qüvvəsi olmayan bir qurum kimi bələdiyyələrin üzərinə düşür, onlar bir növ günah keçisidir. Halbuki ölkədə iri həcmli korrupsiyalar var, belə çıxır ki, korrupsioner qruplar arasında ilk növbədə bələdiyyənin adı gedir. Ölkədə 1718 bələdiyyə var, ümumilikdə büdcəsi 34 milyon manatdır. Korrupsiya elementi olsa da kiçikdir, çünki qanunsuz işi yalnız torpaq satışıdır. Azərbaycanda bələdiyyələrin vergi və qeyri-vergi ödənişlərini toplamaq səlahiyyəti yoxdur”.

S.Əliyev dedi ki, 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycan AŞ-a daxil olan ölkələr arasında bələdiyyələrin fəaliyyətinə görə sonuncu sırada dayanır: "Avropa Şurasında yerli özünüidarəetməyə dair sənədləri sübut edən Avropa Xartiyasıdır. Xartiyanın tələbləri odur ki, bələdiyyələrin real yerli özünü idarəetmə qurumları olmalıdır, kifayət qədər səlahiyyətlər verilməlidir və maliyyə imkanları yetərincə olmalıdır ki, bu səlahiyyətləri həyata keçirilsin. Bu gün araşdırsaq Avropa Şurasına üzv olan ölkələr sırasında yeganə ölkəyik ki, bizdə paytaxt meriyası yoxdur, ən bərbad bələdiyyə sistemi Azərbaycandadır. Bizdə paytaxt əhali tərəfindən seçilən şəhər şurası tərəfindən idarə olunmur, icra hakimiyyəti tərəfindən idarə edilir. Hətta 2009-cu ildə Ermənistan belə, paytaxtda mer seçkisinə getdi. Amma Azərbaycanda bu proses baş tutmur”.

Qeyd edək ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Monitorinq Qrupu Azərbaycanda 2003-cü ildə monitorinq aparıb, bələdiyyələrin inkişafı ilə bağlı 26 tövsiyə vermişdi. Qrupun bu il apardığı monitorinqlər zamanı isə məlum oldu ki, bu tövsiyələrdən heç birinə əməl olunmayıb. Oktyabrın 17-də Strasburqda Azərbaycanın öz öhdəliklərini yerinə yetirməməsi də müzakirə mövzusu olub və yenidən tövsiyə qəbul edilib. Dekabrın 13-də Brüssel şəhərində Avropa Birliyinin Regional Komitəsində "Azərbaycanda yerli demokratiya: problemlər və imkanlar” mövzusunda ictimai dinləmə keçirilib. Tədbir Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının (BİNA) və Yerli Demokratiya Agentlikləri Assosiasiyasının (ALDA) təşəbbüsü ilə təşkil edilib. 

Ekspert bildirdi ki, həmin dinləmələrdə Azərbaycanda bələdiyyələrin inkişafı ilə bağlı narahatlıq ifadə olunub və yeni şərtlər səsləndirlib: "Bizdə bələdiyyələrin fəaliyyətinə məsul Ədliyyə Nazirliyi hesab olunur. Gələn ilin oktyabrında Ədliyyə Nazirliyi Strasburqa dəvət olunacaq, həmin dövrdə konqresin növbəti sessiyası keçirəcək. Nazirlik orada hesabat verməlidir ki, tövsiyələr hansı səviyyədə icra olunub. Onu da qeyd edim ki, Avropa Şurası monitorinq qrupunun üzvləri bundan sonra post-monitorinq keçirəcək, yəni verilən tövsiyələrə necə əməl olunmasına nəzarət ediləcək”.

Category: Araşdırma | Views: 638 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Saturday, 27.04.2024, 10:48
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012