Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılov Yerusəlimin "Beytar” klubunu almağa hazırlaşır.
Bu haqda İsrail mətbuatı xəbər yayıb. Məlumatda bildirilir ki, T.İsmayılov "Beytar”ın futbolçularının oyununu stadiondan şəxsəz izləmək üçün yanvarın 9-da Qroznıya gedəcək. Həmin gün Çeçenistan paytaxdında "Baytar”la "Terek” arasında oyun keçiriləcək.
İsrail mətbuatı yazıb ki, "Beytar”ın prezidenti Arkadi Qaydamak bir ildən çoxdur klubu satmaq istəyir.
Xatırladaq ki, T.İsmayılovun "Terek”ə də sponsorluq etməsi barədə mətbuatda xəbərlər verilib.