Main » 2013»January»21 » Azərbaycanlı müğənni erməni məclisində-Şok-Video
16:04
Azərbaycanlı müğənni erməni məclisində-Şok-Video
Erməni məclisində Azərbaycan müğənnisi. Əlbəttə ki, bu inandırıcı deyil! Bunu kimə desən ya inanmaz, ya da 1988-ci ildən əvvəl belə bir mənzərənin mümkün olduğunu deyər. Təəssüf də olsa ANS PRESS bunun əksini sübut edən faktı aşkarlayıb. 2011-ci ilin 22 oktyabrında "Youtube" kanalına yüklənmiş videoçarxda Nəsib Cəfərov adlı azərbaycanlı müğənninin Ermənistanda və ya işğal altında olan Qarabağda təşkil olunmuş erməni məclisində canla-başla iştirakı lentə alınıb. Nəsib adlı müğənni Ermənistanın tanınmış müğənnisi Hayko ilə duet də oxuyub. Duet zamanı hətta erməni həmkarını qucaqlayaraq "qardaş" deməkdən də çəkinməyən Nəsib Cəfərovun əslən qarabağlı olduğu deyilir.
Kadrları diqqətlə izlədikdə, yəni məkanın yaxınlığında görüntülənən son model avtomobillər və qonaqların əllərindəki mobil telefonlardan utancverici məclisin yaxın keçmişdə təşkil edildiyi məlum olur. Qarabağ müharibəsini başlayan, 20 faiz torpaqlarımızı işğal edən ermənilərin üzündən bir milyon qaçqını olan xalqın nümayəndəsinin bu hərəkəti bizi məyus etsə də, fakt faktlığında qalır.
Hələlik qısa şərh verməklə kifayətlənirik və sözügedən utancverici video-çarxı ictimaiyyətin müzakirəsinə buraxırıq: