utulan şəxs həmcinslərini qarət edib Ötən gün Bakı Metropoliteninin "Gənclik” stansiyasında həmcinsini qarət edən qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, metronun "Gənclik” stansiyasında Gülgəz Şükürovanın əl çantasından pul və sənədlər oğurlanıb. Qarət olunduğunu anlayan G.Şükürova polisə şikayət edib. Şikayət əsasında araşdırma aparan BŞBPİ Metropolitendə Polis Şöbəsinin əməkdaşları oğurluqda şübhəli bilinən Lamiyə Nəsiri saxlayıblar.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, o, yanvarın 4-də Xuraman Hüseynovanın əl çantasında 300 manat və ötən il dekabrın 20-də Samirə Şükürovanın əl çantasında mobil telefon oğurlayıb.
|