Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 7 » Bakı şəhər Baş Polis İdarəsi paytaxtda baş verən atışma ilə bağlı məlumat yayıb
10:49
Bakı şəhər Baş Polis İdarəsi paytaxtda baş verən atışma ilə bağlı məlumat yayıb
Bakı şəhər Baş Polis İdarəsi paytaxtda iki qrup arasında baş verən atışma ilə bağlı məlumat yayıb.

 Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, 6 yanvar saat 18:00 radələrində Balaxanı qəsəbəsində Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur mübahisə zəminində "Makarov” tipli tapançadan Elçin Əliyevin alın nahiyəsinə, Sadiq Musayevin ayaq nahiyəsinə atış açıb, Elxan Bayramzadənin ürək nahiyəsinə isə bıçaq xəsarətləri yetiriblər. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib, E. Əliyev və E. Bayramzadə aldıqları xəsarətdən orada dünyasını dəyişiblər. S. Musayev isə yardım alaraq evə buraxılıb.

 

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə. Əliyev və M. Əliyev tutulub. Onlardan "Makarov” tipli tapança və bıçaq götürülüb. Hadisənin digər iştirakçısı S. Əliyevin tutulması üçün əməliyyat tədbirləri davam etdirilir.

Category: Kriminal | Views: 443 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 01:12
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012