Yanvarın 5-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Laçın rayonundan məcburi köçkün 1987-ci il təvəllüdlü Rəsulov ZAUR Xosrov oğlu özünü Təbriz küçəsi 10 ünvanında asıb. 25 yaşlı oğlanın asılı vəziyyətdə qalmış meyiti həmin ünvanda yerləşən "Qoçət” mağazasının anbarından tapılıb. Faktla əlaqədar cinayət işi açılıb. İntiharın səbəbləri araşdırılır.
|