Yanvarın 17-də Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli hadisə baş verib. Dövlət Yanğından Mühafizə xidmətindən Məlumata görə, Həzi Aslanov küçəsi 43 ünvanında yanğın qeydə alınıb. Nəticədə mənzildəki yataq dəsti və ev sahibi, 1941-ci il təvəllüdlü Teymurov Niyazi Tahir oğlu yanıb. 72 yaşlı kişi elə yataqdaca yanaraq ölüb.
Məlumata görə, 72 yaşlı N.Teymurov əlildir və ailə qurmayıb. O, uzun müddət imiş, tənha yaşayırmış və yanvarın 17-də yatarkən sobadan onun yatdığı çarpayıdakı yataq dəstinə yanğın keçib. N.Teymurov elə yataqdaca yanıb.
Faktla əlaqədar araşdırmalar aparılır.