Dünən 2013-cü ilin gəlişini şəhərin mərkəzində qeyd edən Bakı sakinləri bayram şənliyindən qayıdarkən Sahil metrosunda tıxacla üzləşiblər
Dünən 2013-cü ilin gəlişini şəhərin mərkəzində qeyd edən Bakı sakinləri bayram şənliyindən qayıdarkən Sahil metrosunda tıxacla üzləşiblər.
Metronun girişində çoxlu sayda insanın toplaşması metroya nəzarət edən polisi pis vəziyyətdə qoyur.Bundan sonra əlavə polis qüvvələrinin əraziyə yeridilməsi də vəziyyəti də dəyişmir. İnsanların əzilməsi ilə müşayət olunan tıxacdan əsəbləşən polis dubinkaya əl atır. Videodan göründüyü kimi bundan qəzəblənən kütlənin içində "istefa" şuarı eşidilir. Təxminən 5 dəqiqə sürən tıxacdan sonra vəziyyət sabitləşib.