Bakının Binəqədi rayonu ərazisində yerləşən orta məktəbdə faciə olub.
Rayon Polis İdarəsindən verilən məlumata görə, Biləcəri qəsəbəsində yerləşən 182 saylı məktəbdə 5-ci sinif şagirdi idman dərsində həyatını itirib. O, ağır çəki daşı qaldırarkən yük onun üstünə düşüb.
Məktəbli aldığı xəsarətdən dünyasını dəyişib.
İlkin versiyaya görə, məktəblinin boynu sınıb.
Hazırda prokurorluq və polis əməkdaşları məktəbdə araşdırma aparırlar. |