Yanvarın 4-də Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, Nərimanov rayonu ərazisində, Əhməd Rəcəbli küçəsində Eyyub Rəhimov idarə etdiyi "Wolskfagen” markalı avtomobillə 1965-ci il təvəllüdlü İsrafilov İkram Surxay oğlunu vurub. Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, qəza nəticəsində ölən 47 yaşlı İ.İsrafilov polis baş serjantı olub. O, Daxili İşlər Nazirliyinin İnzibati Həbsdə Olanların Saxlanma Məntəqəsinin əməkdaşı imiş.
Faktla əlaqədar cinayət işi açılIb.