Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 21 » Bakıda yaşayış binasında partlayış: xəsarət alan var
12:39
Bakıda yaşayış binasında partlayış: xəsarət alan var

Fövqəladə Hallar Nazirliyi bu gün Bakı şəhərinin Qaradağ rayonunda səhər saat 08:48 radələrində baş vermiş hadisə ilə bağlı məlumat yayıb. 

Azeri-Xeber.ucoz.com-un nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasında partlayış olub. 

Məlumata görə, partlayış Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində, Füzuli küçəsi 46 ünvanında, 2 mərtəbəli yaşayış binasının I mərtəbəsində baş verib. Hadisə nəticəsində binaya ciddi zərər dəyib. Mənzildə olan bir nəfər ağır yaralanıb. Xəsarət alan dərhal xəstəxanaya yerləşdirilib. Bundan əlavə bina sakinlərinin bəzilərinin də halı pisləşdiyindən onlara yardım göstərilib.

Hadisə yerinə yollanan 2 yanğınsöndürən maşın və 14 nəfərlik heyət sakinləri binadan evakuasiya edib. Hadisənin qaz sızmasından baş verdiyi ehtimal edilir. Partlayış nəticəsində yanğın baş verməsinin qarşısı alınıb. 

FHN-in müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan ikiotaqlı mənzilin qapı-pəncərə çərçivələri və eyvanı dağılıb, 1-ci mərtəbədən 3-cü mərtəbəyədək eyvanlar qismən dağılıb, qapı-pəncərə şüşələrində və üzbəüz beşmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində pəncərə şüşələrində qismən qırılmalar olub. Yanğın qeydə alınmayıb. Partlayış zamanı evdə olan 2 nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb.

İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Category: XƏBƏRLƏR | Views: 480 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 00:15
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012