Söhbət SSRİ-nin "Kosmos-1484” peykindən gedir Ehtimal edilir ki, yanvarın 10-dan sonra SSRİ-nin "Kosmos-1484” peykinin hissələri Yerə düşəcək. Bu barədə ABŞ Strateji komandanlığı nümayəndələrinin məlumatında bildirilir. Gözlənilir ki, atmosfer qatlarının sıxlığında yanmış peykin qırıntıları yanvarın 12-də Yerə düşəcək. Komandanlığın məlumatları yenilənir. Belə ki, bundan əvvəl ABŞ Strateji komandanlığı proqnozlaşdırıb ki, "Kosmos-1484” peykinin hissələri yerə 19 dekabr 2012 – 7 yanvar 2013-cü il tarixlərində düşəcəkdi. Xatırladaq ki, 2.5 ton ağırlığında olan "Kosmos-1484” peyki "Baykonur” kosmodromundan 1983-cü ildə fəzaya buraxılıb. Aparat yer kürəsinin üzərinin monitorinqi üçün yaradılıb.
|