Dəhşətli qətl Suraxanı rayonunda baş verib
Bakının Suraxanı rayonunda bayram günü dəhşətli qətl olub. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, təxminən
45 yaşlarında olan qadını doğrayaraq zibilliyə atıblar.
Dəhşətli hadisə hüquq-mühafizə orqanı əməkdaşlarına dünən məlum olub. Polisə Dədə Qorqud massivində yerləşən zibillikdə doğranmış qadın meyidinin olması barədə məlumat verilib.